AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin sentyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.09.2014

    - Federasiyanın nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının birgə təşkilatçılığı ilə “Gənclərin miqrasiya problemləri” mövzusunda keçirilmiş Beynəlxalq  Konfransda iştirak  və çıxış etmişdir;

    - “Azərsun  Holdinq” Şirkətlər Qrupunun müəssisələrinin, “European Tobacco-Baku” ASC və Meliorasiya və Su Təsərrüfatı ASC-nin həmkarlar ittifaqı komitələri dərs ilinin başlanması ilə əlaqədar aztəminatlı ailələrin uşaqlarına məktəbli geyimlərinin və məktəb ləvazimatlarının alınması sahəsində tədbirlər həyata keçirmişdir;

    -  Federasiyanın nümayəndələri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycan həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və problemləri, motivasiya  işinin gücləndirilməsi perspektivləri” mövzusunda keçirilmiş Konfransda iştirak  və çıxış etmişdir.