AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin iyul ayının 15-dən 31 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

31.07.2014

    - Federasiya üzrə  yeni müəssisələrdə həmkarlar ittifaqi təşkilatı yaradılması istiqamətinda işlər davam edir. Aparilan danışıqların nəticəsinda "Qəbələ Quşçuluq" ASC-də həmkarlar ittifaqi təşkilatı  yaradılmışdır;

    -"Azərsun Holdinq" Şirkətlər Qrupunun müəssisələrinin əməkdaşlari və ailə üzvləri Şirkət rəhbərliyi və Həmkarlar ittifaqi Komitəsinin birgə təşkil etdiyi növbəti piknikdə iştirak etdilər. '"Azərsun Holdinq"in baş direktoru Savş Uzan çıxış edərək  Holdinq əməkdaşlarının  əzmkar əməyindən danışdı və onların ailə üzvləri ilə birgə piknikdə iştiraklarını məhsuldar əmayə verilmiş mükafat kimi dəyərlandirdi. o, qeyd etdi ki, əməkdaşların asudə vaxtlarının təşkili Holdinq rəhbəirliyinin və Həmkarlar ittifaqi Komitəsinin daim diqqət mərəazinəadir və bela tədbirlər tez-tez davam etdiriləcəkdir.
     Piknik iştirakçılari bir süfrə arxasında əyləşərək ləziz təamlardan daddilar, daha sonra isə əyləncəli proqrama start verildi. Bugunku piknik hər kəsə xoş əhval-ruhiyya bagişladi və öhdələrinə düşən vəzifələrin daha inamla yerina yetirilməsinda onlara müsbat stimul verdi.

    - Kənd Təsərrüfatı Nazirliyi,'European Tobacco-Baku" ASC, Meliorasiya və Su Təsarrüfatı ASC, "Azərsun Holdinq" Şirkətlər Qrupunun idarə va müəssisələrin həmkarlar ittifaqi komitələrinda, Saha Hİ Bərdə, Salyan, Ağdam Yevlax və s. rayon komitələrinda Ramazan Bayramı münasibəti ilə əlaqadar bir sıra tədbirlər keçirilmişdir;

    - 2014-cü ilin I yarımilliyi üzrə hesabatların üzv təşkilatlardan toplanılmasi, təhlili davam etdirilir.