AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin iyul ayının 1-dən 15 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.07.2014

    - “İntersun Menecment Kompani“  MMC, “Azərbaycan Karton və Kağız İstehsalat Birliyi” MMC, “Qafqaz Ticarət” MMC  Həmkarlar ittifaqı Komitələri   isti yay günlərində   işçilərin  və onların ailə üzvlərinin Respublikanın səfalı yerlərinə gəzintilərini həyata keçirmiş və onların mənalı istirahətini təşkil etmişdir;

   -  Federasiya Xocavənd rayon Baytarlıq İdarəsində  həmkarlar ittifaqı təşkilatı yaradılmasına nail olmuşdur ;

   -  Federasiyada 2014-cü ilin I yarımilliyi üzrə hesabatların üzv təşkilatlardan toplanması, təhlili davam etdirilir. Üzv təşkilatlara hesabatların düzgün tərtibatı, vaxtlı-vaxtında təqdim edilməsi, maliyyə fəaliyyətinin səmərəli təşkili və s. sahəsində əməli köməklik göstərilmiş, bu məqsədilə qısamüddətli kurslar təşkil edilmişdir. Bu işləq davam etdirilir.

   -   AHİK-in «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya Proqramı»nın icrası ilə əlaqədar Sahə Həmkarlar İttifaqının informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət Proqramına uyğun olaraq,  Federasiyanın mərkəzi aparatının hər bir iş yeri müasir tələblərə cavab verən yeni nəsil kompüterlər və digər avadanlıqlarla təchiz edilmiş, hər bir işçi üçün elektron poçt ünvanı açılmış, Federasiyanın saytı yaradılmışdır. Federasiya tərəfindən  həmkarlar ittifaqı fəalları üçün  keçirilən seminar, dəyirmi masa, treninqlər və s. maarifləndirici tədbirlərin səmərəliliyinin daha da artırılması məqsədi ilə Proyektor və ona aid avadanlıqlar alınmışdır. Hal-hazırda Sahə Həmkarlar İttifaqının üzv  təşkilatlarının ofis avadanlıqları və müasir texnologiyalarla (kompüter dəsti, printer, faks və s.) ilə təchiz edilməsi işləridavam etdirilir.