AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin may ayının 15-dən 31 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.05.2014

-         AHİK ilə  Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Hİ Federasiyasının birgə   “Əmək hüquqlarının qorunması, əmək müqaviləsinin bağlanması, ləğvi, xüsusilə yaşı 18-dən az olan işçilərin əmək hüquqları”  mövzusunda Seminar keçirilmişdir. Seminarda AHİK-in və Federasiyanın məsul işçiləri, Sahə Həmkarlar İttifaqının xidmətinə daxil olan müəssisələrin HİK sədrləri və kadrlar üzrə mütəxəssisləri iştirak etmişdir;

-         Federasiya ilə  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin  birgə   «İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin  mühafizəsi üzrə təhlükəsizlik tələbləri» mövzusunda  növbəti Seminar keçirmişdir. Seminarda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməyin mühafizəsi üzrə məsul şəxsləri, Federaslyanın və AHİK-in məsul işçiləri, həmçinin Sahə Həmkarlar İttifaqının xidmətinə daxil olan müəssisələrin əməyin mühafizəsi üzrə mütəxəssisləri və Hİ fəalları iştirak edmişdi;

-        Federasiya üzrə yeni müəssələrdə həmkarlar ittifaqı təşkilatı yaradılması istiqamətində işlər davam edir. Aparılan uzunmüddətli danışıqıarın nəticəsində Ucar Melioservis İdarəsinin həmkarlar ittifaqı təşkilatı yaradılmışdır;

-        Federasiyanın Tədbirlər Planına uyğun olaraq, “28 May Respublika Günü”  münasibəti ilə Federasiya və onun üzv təşkilatlarında bir sıra tədbirlər həyata keçirilmişdir.