AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin may ayının 1-dən 15 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.05.2014

-   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan gənclərinin məşğulluğu siyasətinin formalaşmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminarda Sahə Həmkarlar İttifaqının nümayəndələri iştirak və çıxış etmişdir;
-     Federasiyanıın Tədbirlər planınna uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarında 9 May Qələbə gününə həsr edilmiş bir sıra tədbirlər həyata keçirilmişdir.
“European-Tobacco-Baku” ASC, “Bakı Şərab-1” ASC, “Bakı Şərab-2” ASC, Aqrar Elm Mərkəzi, “Bakı Taxıl Terminal” MMC  və s. təşkilatlarda, eləcə də Sahə Hİ Yevlax, Beyləqan , Salyan, Ağdaş, Abşeron rayon komitələrində müharibə veteranları və onların ailə üzvləri ilə görüşlər keçirilmiş, onların qaldırdıqları məsələlər yerində həllini tapmış və  onlara maddi dəstək göstərilmişdir;
-    Federasiyanın və onun üzv təşkilatlarında  ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr edilmiş tədbirlər  həyata keçirilmişdir. “Azərsun Holdinq” Şirkətlər Qrupunun Həmkarlar İttifaqı Komitəsinin və  İctimaiyyətlə Əlaqələr- Biznesin İnkişafına Dəstək Departamentinin təşkilatçılığı və maliyyə dəstəyi ilə ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr edilmiş Holdinqdaxili mini futbol turnirinə yekun vurulmuşdur. Turnirdə qalib gələn komanda Həmkarlar İttifaqı Təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Bundan başqa Holdinqin Mədəniyyət Mərkəzində  isə   ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş foto-sərgi və video çarx nümayiş etdirilmişdir;
      “Gəncə Alimlər Evi”ndə   Elmi-praktik Konfrans təşkil edilmişdir. Tədbirdə ulu öndərin ölkədə aparılan quruculuq işləri, ölkə iqtisadiyyatının inkişafı sahəsindəki misilsiz xidmətlərinə dair məruzələr dinlənilmiş, müasir Azərbaycanın memarı kimi xoş xatirəsi böyük ehtiramla yad edilmişdir;
    - Federasiyanın ilk təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi və həmçinin yeni təşkilatlar yaradılmasına əməli köməklik göstərilməsi  məqsədi ilə Federasiyanın nümayəndəsi Ucar rayonuna ezam edilmişdir.