AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin fevral ayının 15-dən 28-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

28.02.2014



-    Federasiyanın aparatında və üzv təşkilatıarında 26 fevral  - Xocalı soyqırımına həsr edilmiş anım tədbirləri keçirilmişdir;

-    Yeni yaradılan təşkilatların əməli fəaliyyətini təmin etmək üçün hüquqi və metodiki köməklik göstərilməsi davam etdirilmişdir;

-    Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir.  İclasda 2014-cü ilin I yarımilliyi üçün «Kənd-Qida-İş» Hİ İcraiyyə Komitəsinin İş planı və  Federasiyanın Aparatının Tədbirlər planı, 2013-cü ildə Sahə Həmkarlar İttifaqı  təşkilatları üzrə vətəndaşların qəbulu, daxil olan  ərizə və şikayətlərə baxılması vəziyyəti, 2013-cü il üzrə Sahə Həmkarlar İttifaqı Təşkilatlarının Ümumi İllik Statistik Hesabatı (Forma-1), “Məhsul” KKİC Respublika Şurası ilə birgə “Kənd idmançıları - Vətənin müdafiəsinə hazır olun!” ƏMH kompleksi üzrə Respublika yarışının keçirilməsi,  Federasiyanın 2014-2018-ci illər üçün C.Naxçıvanski adına hərbi liseydə mədəni-hamilik  işinin həyata keçirilməsi üzrə tədbirlər planı barədə və s. məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Sonda bir qrup Həmkarlar İttifaqı fəallarına səmərəli fəaliyyətlərinə görə Federasiyanın mükafatı təqdim edilmişdir.