AZE ENG RUS
«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin yanvar ayının 1-dən 15 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.01.2014


-    31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı çərçivəsində  Federasiyanın üzv təşkilatlarında və Sahə Hİ rayon komitələrində bir sıra mədəni-kütləvi  tədbirlər həyata keçirilmişdir. Üzv təşkilatlardan  Sahə Hİ Qax,Yevlax, İmişli, Beyləqan və s. rayon komitələri tərəfindən N-saylı hərbi hissələrə baş çəkilmiş, əskərlərə isti geyimlər və bayram sovqatları  təqdim olunmuşdur; 

-    “Azərsun Holdinq”  Şirkətlər Qrupunun  Həmkarlar İttifaqı Komitəsi  bayram günlərində işçilərin  mənalı istirahətini təşkil etmiş , o cümlədən bir qrup işçilərin Respublikamızın səfalı yerlərinə gəzintiləri həyata keçirilmiş, onların səmərəli istirahəti təşkil olunmuşdur;

-    Federasiyada üzv təşkilatların rəhbərlərinin, illik büdcə hesabatlarının və statistik hesabatların düzgün tərtibi,  vaxtı-vaxtında təqdim edilməsi və hesabatlarda edilmiş dəyişikliklərin mənimsənilməsinə dair maarifləndirilmə məqsədi ilə, qısamüddətli kurslar təşkil edilmişdir;

-    “Azərsun Holdinq”  Şirkətlər Qrupunun  Həmkarlar İttifaqı Komitəsi   Qrupun rəhbərliyi ilə birgə ötən ilin yekunlarına həsr edilmiş təntənəli tədbir təşkil etmiş,  uzun müddət  səmərəli  fəaliyyət göstərən   işçilərə  mükafatlar və qiymətli hədiyyələr təqdim etmişdir.